Bazar , 15 Noyabr 2026
Drone Cameras

Ərdoğan: Türkiyə Ukrayna münaqişəsi ilə bağlı İstanbul prosesini bərpa etməyə hazırdır

Türkiyə Ukraynadakı münaqişənin həlli üçün İstanbul prosesini canlandırmağa hazırdır.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeştdə Macarsıtanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, bu məsələ müharibə yolu ilə həll oluna bilməz və tərəflər diplomatiyaya üstünlük verməlidirlər.

Xatırladaq ki, avqust ayında Ərdoğan artıq Türkiyənin Rusiya və Ukrayna arasında İstanbul danışıqları prosesinin bərpasına kömək etməyə hazır olduğunu bəyan etmişdi.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …