Cümə , 5 Dekabr 2025
Drone Cameras

Ərdoğan Zəngəzur dəhlizi haqqında: Konsensus yolu ilə bu məsələni həll edə bilərik

Zəngəzur dəhlizinin açılması ticarəti canlandıracaq və konsensus yolu ilə bu məsələ həll edilə bilər.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprdən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyəyə deyil, bölgədəki digər ölkələrə də fayda verəcək.

“Biz bu yola geoiqtisadi ölçülərinə görə həlledici məsələ kimi baxırıq. Belə ki, bu dəhliz bölgəmizin regiondan kənardakı əraziləri də birləşdirəcək və ticarəti canlandıracaq. Bizim əsas gözləntimiz ondan ibarətdir ki, bu yol münaqişə mənbəyinə deyil, konsensusun simvoluna çevrilsin”,- Türkiyə Prezidenti əlavə edib.

R.T.Ərdoğan vurğulayıb ki, bununla da region əməkdaşlığın üstünlük təşkil etdiyi çiçəklənən məkana çevrilmə imkanı qazanar:

“İnanıram ki, biz region ölkələri olaraq konsensus yolu ilə bu məsələni həll edə bilərik. Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzura böyük önəm verir. O, dəhlizin tez zamanda istifadəyə verilməsinə çalışır. Onun həm Azərbaycan, həm də region üçün istifadə edilməsini istəyir. İnanıram ki, biz bu məsələni birlikdə həll edəcəyik”.

Check Also

Türkiyə polisi 33 vilayətdə eyni anda ƏMƏLİYYAT KEÇİRDİ – VİDEO

Türkiyədə son iki həftə ərzində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 233-dən çox şəxs …