Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Erməni deputat: “Ermənistan ordusunda aparılan islahatların mahiyyəti aydın deyil”

“İkinci Qarabağ müharibəsində məğlubiyyətin səbəblərini anlamaq, təhlil etmək üçün Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahına rəsmi məktublar göndərmişəm”.

Boyukmillet.com xəbər verir ki, bunu “Mənim şərəfim” parlament fraksiyasının deputatı, təhlükəsizlik məsələləri üzrə ekspert Tiqran Abramyan feysbuk səhifəsində yazıb.

O, dövlət qurumlarının cavabından razı qalmadığını bildirib: “Müdafiə Nazirliyinin cavabında təhlilin hələ başa çatmadığı vurğulanıb. Amma həm də qeyd olunub ki, strukturda əsaslı islahatlar aparılır. Silahlı Qüvvələrdə aparılan islahatın mahiyyəti aydın deyil. Doğrudur, məktuba cavab verildi. Amma cavablar daha çox sual yaratdı. Silahlı Qüvvələrdə aparılan dəyişikliklərin məzmunu heç bir halda qənaətbəxş sayıla bilməz”.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …