Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Erməni deputat yerli hakimiyyəti, prokuror və hakimləri təhqir edərək hədələyib

Ermənistanın “Hayastan” fraksiyasından olan deputat İşxan Saqatelyan ölkə hakimiyyətini, eləcə də prokuror və hakimləri hədələyib.

Boyukmillet.com xəbər verir ki, deputat bu barədə feysbuk hesabında yazıb.

“Oğlanlar satqın mülkədarın, xainin (Nikol Paşinyanın – “Report”) göstərişi ilə özbaşınalıq edən prokuror, müstəntiq və hakimlərinin qanunsuz qərarları nəticəsində 4 ay yarımdır ki, həbsdədirlər”, – deputat sosial şəbəkə hesabında yazıb.

“Geras, Qor, Taron yalnız “demokratik” Ermənistanda siyasi baxışlarına və siyasi fəaliyyətlərinə görə həbs ediliblər. Dəfələrlə demişəm ki, onlar azaddırlar, onları azadlıqdan məhrum edənlərdən daha güclüdürlər.

Gec-tez ədalət zəfər çalacaq və satqınlar, onların marionetləri buna görə cavab verəcəklər”, – İşxan Saqatelyan əlavə edib.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …