Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Erməni diplomat saxlanıldı: azərbaycanlı sevgilisinə məlumatlar ötürürmüş

Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşı Aşxen Arakelyanın dövlətə xəyanətdə ittiham olunduğu cinayət işi məhkəməyə göndərilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, iş üzrə ilkin istintaq artıq yekunlaşıb.

Arakelyan iyun ayında İrəvanın “Zvartnots” hava limanında saxlanılıb. Hadisə barədə ictimaiyyət yalnız avqustun sonunda məlumatlandırılıb.

İstintaq materiallarına əsasən, Ermənistan XİN əməkdaşı Azərbaycan vətəndaşına mühüm məlumatlar ötürüb. Qeyd edilir ki, Arakelyan həmin şəxs ilə romantik münasibətdə olub.

Hazırda cinayət işi məhkəmənin baxışına təqdim edilib.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …