Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Erməni iqtisadçı: “Ölkədə yoxsulluq sosial təhlükə həddindədir”

Ermənistanda yoxsulluğun səviyyəsi artır.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Aysor” məlumat yayıb.

Bildirilib ki, Ermənistan Statistika Komitəsinin hesabatına görə, 2020-ci ildə yoxsulluq həddi 27 faiz olub. Bu, 2019-cu illə müqayisədə 0,6 faiz çoxdur.

Hesabatda qeyd edilib ki, Ermənistan əhalisinin 78 faizi yaşadığı evdən bir həftə kənarda yaşaya bimir. Ölkə vətəndaşlarının 75 faizi konsert, idman yarışları, film seyr etmək kimi müxtəlif ödənişli əyləncəli tədbirlərdə müntəzəm iştirak etmir. Əhalinin 68 faizi gözlənilməyən maliyyə məsrəfləri edə bimir. Ermənistan əhalisinin 47 faizi qırmızı ət, toyuq əti, balıq, yaxud gündəlik vegeterian qidalarına ekvivalent başqa yeməklər qəbul etməkdən məhrumdurlar. Əhalinin 60 faizinin avtomobili yoxdur, ölkə vətəndaşlarının 30 faizi geyimini təzələyə bilmir.

Məlumata əsasən, Ermənistanda ekspertlər bu rəqəmin reallığı əks etdirmədiyini bildiriblər. İqtisadçı Tacos Avetisyan deyib ki, yoxsulluğun həddi statistik göstəricidən də artıqdır: “Sosial problemlərin kəskinləşəcəyi təhlükəsi var. Yoxsulluq amili iqtisadiyyatın qısa bir zamanda bərpasına maneədir. Ölkədə yoxsulluğun artması əlavə problemlər yaradacaq”.

Check Also

İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib

İranda Tehran Universitetində antropologiya sahəsində magistratura üzrə dissertasiyasını hicabsız müdafiə etmiş tələbə Leyla Hüseynzadə bir …