Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ermənilər Malıbəyli kəndinin qəbiristanlığını tamamilə dağıdıb

Erməni separatçıları işğal dövründə Xocalı rayonunun Malıbəyli kəndinin qəbiristanlığını tamamilə dağıdaraq yer üzündən siliblər.

“Report”un Qarabağ bürosu xəbər verir ki, düşmən 30 ildən çox işğal altında saxladığı kəndin dini, mədəni, tarixi abidələri ilə yanaşı məzarlıqları da dağıdaraq viran qoyub.

İşğalçılar məqsədyönlü şəkildə azərbaycanlılara məxsus məzar daşlarını məhv ediblər. Qəbirlərin başdaşlarını sındırıblar, oğurlayaraq aparıblar, məzarları isə qazıblar. Bir çox qəbirdaşları isə tanınmaz hala salınıb.

Malıbəyli işğaldan azad ediləndən sonra qəbiristanlıqda bərpa işlərinə başlanılıb, bir neçə başdaşı əvvəlki yerinə qaytarılıb. Amma məzarların əksəriyyətinin yerini müəyyənləşdirmək belə mümkün deyil.

Qəbiristanlığı ziyarət edən malıbəylilər doğmalarının məzarlarını tapa bilməyiblər.

Xatırladaq ki, Malıbəyli kəndi 1992-ci il fevralın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi antiterror əməliyyatları zamanı kənd işğaldan azad edilib.

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …