Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Ermənilər tarixi saxtalaşdırmaq üçün işğal zamanı Kərkicahanda kompleks inşa ediblər

Ermənistan özünün saxta tarixini təbliğ etmək məqsədilə müxtəlif addımlar atır.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Baku TV”nin layihəsi olan “Qarabağ xronikası” proqramının efirində bildirilib.

Qarabağın işğalı dövründə Xankəndinin ən hündür nöqtəsi – Kərkicahan qəsəbəsinin Yağlıtəpə yüksəkliyində tikilən nəhəng kompleks də məhz ermənilərin yalançı tarixlərinin “real faktlarla” əsaslandırılması cəhdləri ilə bağlıdır.

Bu, ermənilərin Xankəndinin guya tarixi erməni torpaqları olduğunu göstərmək səylərinin təzahürüdür. Belə ki, ermənilər tarixi saxtalaşdırmaq, təkcə beynəlxalq ictimai rəyi yox, həm də daxili ictimai şüuru çaşdırmaq üçün yalançı tarixi abidələr inşa etməkdən də çəkinməyiblər.

Bütün bunlar bir daha göstərir ki, ermənilər həmişə saxta tarix yazmaq üçün çalışıb və bununla beynəlxalq dəstək qazanmaq istəyiblər.

Check Also

Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib. Boyukmillet.com Qaynarinfo-ya istinadla bildirir …