Bazar , 5 Aprel 2026
Drone Cameras

Erməniləri Azərbaycanlı “gözəgörünməzlər” öldürür: Erməni ekspertdən iddia

Son günlərdə işğal edilmiş Qarabağda erməni ordusunun ümumilikdə 3 əsgəri məhv edilib.

 xəbər verir ki,  Ermənistan ordusunun hərbi hissələrindən birinin döyüş mövqeyində hərbi qulluqçu ölüb. 

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan “Facebook” səhfəsində yazıb.

“Təəsüflə bildirməliyəm ki, dünən axşam Ermənistan SQ-nin hərbi hissələrindən birinin döyüş mövqeyində 2000-ci il təvəllüdlü sıravi əsgər Hamik Yeğiayi Vardanyanın cəsədi tapılıb. Detallar araşdırılır”,- deyə Hovhannisyan yazıb.

Bu açıqlamanın ardınca hərbi ekspert Samvel Aslikyan  ordu rəhbərliyini yalançılıqda və saxtakarlıqda ittiham edib. Hərbi ekspert erməni əsgərlərinin  öldürülməsi faktına toxunaraq belə yazıb:”Orduda itkilər var. Biri-birinin  ardınca əsgərlərimiz məhv edilir. Onları niyə ölür? Xəstəlikdən, aclıqdan bunu deyən yoxdur. Mən deyirəm, bu əsgərləri qəbul etmədiyimiz Azərbaycan kəşfiyyatçıları öldürür. Bəli onlar “gözəgörünməz”dir. Onları nə bizim əsgər, nə də zabitlər görmür. Son bir ayda 3 əsgərimiz müəmmalı şəraitdə ölüb. Ordu rəhbərliyi isə susmağa üstünlük verir.” 

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …