Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Ermənilərin minaatan mövqeyində olan 4 hərbçisi zərərsizləşdirilib, “KamAZ”ı məhv edilib

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun təxribatlarına qarşı apardığı hərbi əməliyyata bağlı son məlumatlar açıqlanıb.

Boyukmillet.com xəbər verir ki, saat 12:15-də səngərlərdə yerləşən qarşı tərəfin canlı qüvvəsi dəqiq atəşlə məhv edilib. Eyni zamanda Ermənistan Silahlı Qüvvələrinin minaatan mövqeyində olan 4 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, 12:20-də Ermənistanın artilleriya mövqeyində KS-19 zenit topu, 12:28-də döyüş mövqeyindəki “KamAZ” markalı yük maşını məhv edilib.

Check Also

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır. Boyukmillet.com xəbər verir ki, bununla bağlı …