Cümə , 19 Aprel 2024
Drone Cameras

Ermənistan bu qurğuları gələcək müharibə üçün tikir – Hərbi ekspert

Ermənistan silahlı qüvvələri Xocalı istiqamətində fortifikasiya qurğuları quraşdırmağa cəhd edib. Bəs fortifikasiya qurğuları nədir? Onların ölkəmiz üçün təhlükəsiz nədən ibarətdir?

“Sözügedən qurğuların əsas məqsədi silah-sursatdan düzgün istifadə edilməsi, şəxsi heyətin və mülki əhalinin mühafizəsi və eyni zamanda silah-sursatı mühafizə etməkdən ibarətdir”.

Boyukmillet.com xəbər verir ki, bunu mövzu ilə bağlı açıqlamasında AzNews.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Ekspertin sözlərinə görə, bu qurğuları tikməkdə Ermənistan tərəfinin məqsədi daha güclü müdafiə sistemi təşkil etmək və gələcəkdə aparacaqları müharibə üçün güclü zəmin yaratmaqdır. Bununla döyüş qabiliyyətlərini daha artıq və uzunmüddətli etməyə çalışırlar:

“Bu qurğuların tikilməsinə yol vermək olmaz, Azərbaycan Ordusu prosesi nəzarətdə saxlayır. Yəqin artilleriya qurğuları və pilotsuz uçuş aparatları ilə bu qurğular zərərsizləşdiriləcək. Bundan öncə də bu və ya digər şəkildə həm yolların çəkilməsi, həm də yeni istehkamların qurulması üçün müəyyən addımlar atılmışdı. Bunların hər birinin qarşısı alındı. Sonda sərhəd buraxılış məntəqəsi yaradıldı. Bu proses uzun müddət belə davam edə bilməz. Separatçılar Qarabağdan çıxarılmalıdır”.

E.Həsənli sonda qeyd edib ki, 10 noyabr 2020-ci il bəyanatının şərtləri yerinə yetirilməlidir. Azərbaycan necə BMT-nin 4 qətnaməsini özü yerinə yetirdisə, bunu da özü yerinə yetirmək məcburiyyətindədir:

“Ermənistan bir tərəfdən sülh istədiyini deyir, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, o biri tərəfdən isə Qarabağdakı separatçılara ərzaq göndərir, onlara əməkhaqqı verilir. Bölgədəki rus sülhməramlıları da buna mane olmaq yerinə dəstək olur. Bəyanatın şərtlərinə görə, rus sülhməramlıları bölgədən çıxmalı idi. Təəssüflər olsun ki, bu istiqamətdə nə rus sülhməramlıları öz öhdəliyini yerinə yetirir, nə də Ermənistan. O zaman Azərbaycan dövləti yerinə yetirməlidir ki, bu məsələlərə son qoyulsun”.

Rəşid Qarayev

Check Also

Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin …