Şənbə , 28 Sentyabr 2024
Drone Cameras

Ermənistan dünyanın ən bədbəxt 7 ölkəsindən biridir

Ermənistan dünyanın 7 ən bədbəxt ölkəsindən biridir.

Boyukmillet.com  Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu müstəqil araşdırma assosiasiyaları “Gallup International” və “Romir” tədqiqat holdinqinin keçirdikləri sorğunun məlumatları sübut edir.

“Romir” holdinqinin “Novosti-Armeniya” agentliyinə verdiyi məlumatda qeyd edilir ki, sorğu zamanı Ermənistan sakinlərinin 42%-i öz həyatlarından “nə razı, nə də narazı” olduğunu, 14%-i narazı olduğunu, 5%-i çox narazı olduğunu bildirib. Sorğunun nəticələrinə əsasən Ermənistan xoşbəxtlik indeksinin ən aşağı olduğu 10 ölkə sırasındadır. Rəyi soruşulan ermənilərin 30%-i öz həyatlarından razı, 9%-i isə çox razı olduqlarını qeyd ediblər.

Qeyd edək ki, xoşbəxtlik indeksi xoşbəxt və bədbəxt həyat arasındakı fərqdir. Dünyada həyatından razı və narazıların fərqindən ibarət olan “xoşbəxtlik indeksi” ən yüksək 5 ölkədən biri də Azərbaycandır.

Sorğunun nəticələrinə görə dünyanın 5 ən xoşbəxt ölkəsi ardıcıl olaraq Kolumbiya, Qazaxıstan, Albaniya, Malayziya, Azərbaycandır.

Check Also

Putin oktyabrda Kazanda Ərdoğanla görüşməyi planlaşdırır

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı oktyabrda Kazanda keçiriləcək BRİCS sammitində gözlədiyini …