Bazar , 11 Yanvar 2026
Drone Cameras

Ermənistan müxalifəti Paşinyanın seçki vədi ilə razılaşmadı

Ermənistanın baş naziri Nikol Paşinyan 3 ay sonra ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bildirsə də, müxalifət fəalları bununla razılaşmayıblar.

Bu barədə Boyukmillet.com  Ermənistan mətbuatına istinadən xəbər verir.

Baş nazirə qarşı çıxan müxalif fəallar Paşinyanın maksimum aprelin sonlarına qədər istefa verməsi tələbini irəli sürüblər. “Vətənin qurtuluşu üzrə Hərəkat”ın təmsilçiləri isə bu gün yeni bəyanatla çıxış edəcəklərini vurğulayıblar.

“Mübarizə (Paşinyana qarşı-red) davam edir. Sabah (bu gün-red) bəyanatla çıxış edəcəyəm”, – deyə hərəkatın koordinatoru İşxan Saqatelyan feysbukdakı səhifəsində yazıb.

Bununla yanaşı, müstəqil politoloqlar Paşinyanın yeni seçkilərlə bağlı açıqlamasının blef olduğunu qeyd ediblər.

Qeyd edək ki, növbədənkənar parlament seçkiləri cari il iyunun 20-də keçiriləcək.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …