Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ermənistan ordusunda hind silahları: Onları da Qənimətlər Parkında görəcəyik

“Ermənistan yeni ordu qursa belə, müharibə aparmaq gücündə deyil”.

Boyukmillet.com xəbər verir ki bu sözləri Yenisabah.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

O, əlavə edib: “Azərbaycana məğlub olub, darmadağın edilib, iqtisadiyyatı zəif, Rusiyadan aldığı silahların isə kreditini qaytara bilmir”. 

E. Həsənli Ermənistan müdafiə naziri Suren Papikyanın Hindistan səfəri çərçivəsində yeni silah ticarəti sövdələşməsinə toxunub:

“Bu dəfə müharibə başlasa, artıq Ermənistanın mövcudluğu sual altına düşəcək. Çünki 2016-cı ildən öncə deyirdik ki, bölgədə vəziyyət gərginləşsə, Ermənistan üçün vəziyyət ağır olacaq və 2016-da onlar dərslərini aldılar. 

Daha sonra dedik ki, növbəti dərs daha ağır olacaq və 2020-də də bunu əyani gördülər. Amma Ermənistan odla oynayır və nə etdiyini bilmir. Onlar həm danışıqlar prosesini pozur, həm sərhəddə təxribatlar törədir, həm də onu müdafiə olunan görüntüsü yaradırlar. Üstəlik, guya orduda islahatlar aparılır, hərbçilər həvəsləndirilir. Halbuki Ermənistan ordusu mənəvi-psixoloji zərbə alıb və Rusiyadan aldığı silahlar Hərbi Qənimətlər Parkıdır. Yeni bir müharibə olsa, həmin parkda Hindistan silahlarını da görə biləcəyik.

Ermənistanın ordusunda əsgəri aldatmaq olar, ancaq zabit və giziri əsla. Çünki ordunu onlar idarə edir. Onlar yaxşı bilirlər ki, Azərbaycan ordusu onlardan qat-qat güclüdür”.

Rafi MÜSLÜMOV

Check Also

Azərbaycan hərbçisinin vəfat etdiyi bildirilir

Nazirlik ölüm səbəbi kimi səhhətinin qəfil pisləşməsini göstərir Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Fərman oğlu …