Cümə , 29 Mart 2024
Drone Cameras

Qiymətləndiricilər Cəmiyyəti Türkiyə qiymətləndiriciləri ilə əməkdaşlıq edəcək

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) sədrinin Türkiyə təmsilçisi Mikayıl Mirzəzadə Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci ilə görüşüb.
Boyukmillet.com xəbər verir ki, AQC-dən bildirilib ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyəti barədə birlik sədrinə məlumat verən M.Mirzəzadə 1999-cu ildən fəaliyyət göstərən qurumun ticari assosiativ struktura malik ilk kollektiv ictimai birliklərindən olduğunu diqqətə çatdırıb. Bu ilin mayında keçirilən konfransdan sonra cəmiyyətin fəaliyyətində ciddi dönüş yarandığını vurğulayan AQC sədrinin təmsilçisi əlavə edib ki, qurum beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir: “Azərbaycanla Türkiyə arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti də Türkiyə Dəyərləmə Uzmanları Birliyi ilə fəal əməkdaşlıq etmək niyyətindədir”.
AQC sədri Vüqar Orucla Türkiyə səfəri zamanı görüşüb əməkdaşlığın detallarını müzakirə edəcəklərini diqqətə çatdıran Y.Bahçeçi qeyd edib ki, birgə təlimlərin keçirilməsi, qarşılıqlı fəaliyyət və təcrübə mübadiləsi qarşıda duran əsas hədəflərdən biridir. Y.Bahçeci Azərbaycan və Türkiyə qiymətləndiriciləri arasında memorandumun imzalanması təşəbbüsünü yüksək qiymətləndirib və bundan sonra münasibətlərin daha da inkişaf edəcəyini deyib.
AQC sədri Vüqar Orucun noyabrda Türkiyəyə səfəri çərçivəsində əməkdaşlıq sazişinin imzalanması qərara alınıb.

 

Check Also

Azərbaycandan ixrac olunan mallara mənşə sertifikatı verilməsi 19 % artıb

2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədən ixrac olunan …