Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Ermənistan parlamentinin vitse-spikeri Gümrü merini “korrupsioner əclaf” adlandırdı

Gümrü meri Vardan Qukasyan “korrupsioner əclaf”dır.

Boyukmillet.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər  Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanın sosial şəbəkədə paylaşımında  əks olunub.

O, paylaşımında yazıb: “Hazırda bu korrupsioner nadürüstü Tatoyanın qüvvələri, Daşnaksütyun partiyası, Andranik Tevanyan və Qtriş Nersisyan müdafiə edir. Onlar Gümrü kilsəsinin zənglərini bir oğrunun adından oğrlayırlar (və bu, zarafat deyil)”. Rubinyan paylaşımını “Digər ikiüzlüləri də gözləyək” sözləri ilə tamamlayıb.

Qeyd edək ki, Antikorrupsiya Komitəsi hazırda Gümrü meriyasında əməliyyat tədbirləri həyata keçirir. Mer Vardan Qukasyan rüşvət almaqda şübhəli bilinir.

Check Also

Üç minə qədər gəmi Hörmüz boğazından keçə bilmir

Üç minə qədər gəmi Hörmüz boğazından keçə bilmir. Boyukmillet.com xəbər verir ki, bu məlumatı “Al Jazerra” …