Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Ermənistan prezidenti Paşinyanın daha bir layihəsini imzalamaqdan imtina etdi

Ermənistan prezidenti Armen Sarkisyan parlamentin Məhkəmə Məcəlləsində dəyişikliklərlə bağlı qəbul etdiyi layihəni imzalamaqdan imtina edərək sənədi Konstitusiya Məhkəməsinə göndərib.

Boyukmillet.com  “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı dövlət başçısının mətbuat xidməti yayıb.

A.Sarkisyan məsələ ilə bağlı ekspertlər, Ali Məhkəmə Şurasının təmsilçiləri, ədliyyə naziri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə məsləhətləşib. O, maraqlı tərəfləri dinlədikdən sonra məhkəmə sistemində islahatların sistemli aparılmasını əsas götürərək sənədi imzalamayıb.

Qeyd edək ki, Ermənistan parlamenti bu il fevralın əvvəlində Məhkəmə Məcəlləsində dəyişiklikləri təsdiqləyib. Hökumətin hazırladığı sənəd imzalamaq üçün prezident A.Sarkisyana göndirilmişdi.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …