Bazar , 29 Mart 2026
Drone Cameras

Ermənistan prezidenti uzunmüddətli fasilədən sonra Yerevana qayıdır

Koronavirusa yoluxduğuna görə Böyük Britaniyanın paytaxtı Londonda müalicə olunan Ermənistan prezidenti Armen Sarkisyan uzunmüddətli fasilədən sonra Yerevana qayıdır.

Boyukmillet.com  xəbər verir ki, bunu dövlət başçısının mətbuat xidməti açıqlayıb.

Həkimlər ona Ermənistana qayıtmaq üçün icazə veriblər.

A.Sarkisyan müalicəsini paytaxt Yerevanda davam etdirəcək.

Qeyd edək ki, ölkə başçısı hələ ötən il dekabrın sonunda ayağında əməliyyat olunmaq üçün Böyük Britaniyanın paytaxtı Londona gedib. Ona yanvarın 5-də COVID-19 diaqnozu qoyulub. Bundan başqa, onun həyat yoldaşı Nune Sarkisyanda da koronavirus aşkarlanmışdı.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …