Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Ermənistan XİN başçısı Aİ rəsmisi ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ATƏT xarici işlər nazirlərinin Skopyedə keçirilən iclası çərçivəsində görüşüblər.

Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, onlar regional təhlükəsizlik, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunması məsələlərini müzakirə ediblər.

Bundan əlavə, regional inklüziv proqramların icrası müzakirə edilib.

Check Also

İran daha 20 neft tankerinin Hörmüzdən keçməsinə icazə verib

ABŞ prezidenti Donald Tramp bildirib ki, İran hakimiyyəti ABŞ-a 20 tanker neft verəcək. Boyukmillet.com xəbər …