Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Ermənistan Yaxın Şərqdəki vəziyyət səbəbindən malların ixrac və idxalında çətinliklər yaşayır

Ermənistan Yaxın Şərqdə gərginliyin artması səbəbindən malların ixracı və idxalında çətinliklərlə üzləşir.

Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

“Biz həm idxal, həm də ixracda çətinliklərlə üzləşirik. Ümid edirik ki, münaqişə həll olunacaq və biz əvvəlki kimi İran vasitəsilə yükləri daşıya biləcəyik”, – nazir deyib.

Onun sözlərinə görə, İsrail və İran arasında münaqişənin kəskinləşməsi səbəbindən Ermənistan yüklərinin bir hissəsi Bəndər-Abbas limanında və İran yollarında qalıb.

Check Also

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər …