Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ermənistan ziyalıları Paşinyanı sülh müqaviləsi bağlamağa çağırıblar

Ermənistanın bir qrup ziyalısı ölkənin Baş naziri Nikol Paşinyana müraciət edərək Azərbaycanla danışıqları sülh müqaviləsi imzalamaqla başa çatdırmağı xahiş edib.

“Ermənistanın Respublikasının dövlət bayramları siyahısına əsasən, 9 may “Qələbə və Sülh bayramı” kimi qeyd olunur.

Biz, aşağıda imzası olan Ermənistan vətəndaşları bu günün tövsiyəsini sülhün aydın tələbi kimi şərh edirik, çünki sülh qələbədir, sülhsüz “qələbə” isə məğlubiyyətdir. Biz sülhə alternativin olmadığına israr edirik. Bu, “məğlubun boynuna keçirilmiş ilgək” yox, Ermənistan xalqının sülh şəraitində yaşamaqla bağlı 2021-ci ildə keçirilmiş növbədənkənar seçkilərdə ratifikasiya olunmuş azad ifadəsidir”, – müraciətdə deyilir.

Onlar daha sonra müraciətlərində yazıblar: “Müharibə fəlakətindən əziyyət çəkən xalqımızın ağrı və kədərini, vətəndaş cəmiyyətindən olan həmkarlarımızın bütün haqlı narahatlıqlarını bölüşərək, heç bir “əmma” olmadan sülh tələb edirik”.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …