Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Ermənistanda əsgər hərbçi yoldaşı tərəfindən güllələnib

Ermənistan ordusunun əsgəri hərbçi yoldaşı tərəfindən güllələnərək qətlə yetirilib.

Boyukmillet.com xəbər verir ki, hadisə dünən saat 19:20 radələrində baş verib. Belə ki, N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət qulluqçusu, 2002-ci il təvəllüdlü Samvel Sanoyan hərbçi yoldaşı tərəfindən güllələnib.

Sanoyan xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …