Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Ermənistanda Ağrıdağ təsvirinin pasport möhürlərindən çıxarılmasının səbəbi açıqlanıb

Ermənistan hökuməti sərhədi keçərkən pasportlara vurulan möhürlərdən Ağrıdağın (ermənilər onu Ararat dağı adlandırırlar – red.) təsvirini qonşu ölkələrə təhlükəli mesajlar göndərməmək üçün çıxarmağa qərar verib.

“Report”un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bunu ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının katibi Artur Ovannisyan bildirib.

O, bu qərarda heç bir qəsdin olmadığını təsdiq edib.

Dağın təsvirinin Ermənistanın dövlət gerbindən çıxarılması məsələsinə toxunan A.Ovannisyan qeyd edib ki, hələlik belə müzakirələr aparılmır.

Daha əvvəl bildirilmişdi ki, noyabrın 1-dən etibarən Ermənistana giriş-çıxış zamanı Ağrıdağ artıq sərhəd möhüründə təsvir olunmayacaq.

Check Also

Kredit, intiharlar, “ölü pulu”, “nisyə həyat”: DSX hərbiçilərinin düşdüyü vəziyyət

Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən hərbi qulluqçu Meydan TV-yə göndərdiyi məlumatda hərbi hissələrdə sistemli …