Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ermənistanda faşistlərdən sonra ASALA terrorçularını da himayə etməyə başlayıblar…

Samir Adıgözəlli: “Bu faktı biz dünyanın lazımi qurumlarına təqdim etməliyik ki, həmin ölkənin terrorçu mahiyyətindən bir daha xəbərdar olsunlar”

Ermənistanda koronavirus pandemiyasının vüsət aldığı məqamda sosial şəbəkələrdə İrəvanda çəkilən foto yayımlanıb. Fotoda başına ASALA terror təşkilatının emblemi olan maskalar taxmış 2 şəxsin polis tərəfindən saxlandığı an əks olunub. Bəzi erməni sosial şəbəkə istifadəçiləri terror qruplaşmasının yenidən fəaliyyətə başladığını yazıblar.

Ermənistanın Azadlığı üçün Gizli Erməni Ordusu (ASALA) 1975-ci ildə Livanın Beyrut şəhərində yaradılıb. Qruplaşma dünyanın müxtəlif ölkələrində 20-dən artıq türk diplomatını qətlə yetirib. 1990-cı illərin əvvəllərindən qruplaşma fəaliyyətini dayandırıb.

Maraqlıdır, bir tərəfdən Ermənistanın baş naziri dünyaya yalvarır ki, koronavirusla bağlı onlara yardım etsinlər, digər tərəfdən isə İrəvan küçələrində ASALA-nın xortladığını görürük.

Ermənistanın faşizmə bəslədiyi açıq sevgidən sonra indi də açıq şəkildə ASALA-nı təbliğ etməsinə hansı adı vermək olar?

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın bu addımında təəccüblü nəsə görümür:“Çünki həmin ölkə mahiyyət etibarı ilə faşizm ideologiyası ilə idarə olunur. Müstəqillikdən bu tərəfə onların dövlətinin başına gələnlərin çoxunun keçmişi terrorçu olub. Köçəryan, Serj Sarkisyan kimi adamlara ən layiqli qiyməti elə öz qurduqları dövlət verir. Biri həbsdədir, digəri barəsində cinayət işi qaldırılıb. Ermənistan heç vaxt ASALA-ya olan rəğbətini gizlətməyib. Həmin terror təşkilatının üzvləri gəlib Qarabağdakı müharibədə iştirak ediblər. Belələri gəbərəndə, Ermənistan hakimiyyəti onları qəhrəman kimi təbliğ edib. Ermənistan dünyada nadir ölkələrdəndir ki, faşist Qaregin Njdeyə rəsmi olaraq heykəl ucaldıb və onu “milli qəhrəman” statusuna yüksəldib. Njdenin faşistlərlə əlaqəsi, 25 minlik erməni faşist legionunun yaradılmasında rolu, bütün keçmiş sovet xalqlarından formalaşan sovet ordusuna qarşı döyüşməsi və yəhudilərə qarşı soyqırımda aktiv iştirakı danılmazdır və sənədlərlə artıq sübut olunub. Qaregin Njde həm də 1918-1921-ci illərdə Zəngəzur mahalında yerli azərbaycanlılara qarşı vəhşi cinayətlərin törədilməsinə başçılıq edib. Belə bir faşist cinayətkara Ermənistan hökuməti tərəfindən heykəl qoyulması ilk növbədə Ermənistanın xislətindən, faşist ideyalarının daşıyıcısı olmasından irəli gəlir. Çünki məhz onlar eyni faşist metodları ilə Dağlıq Qarabağda azərbaycanlıların qətliamının müəllifləri idi”.

Təşkilat rəhbərinin sözlərinə görə, Prezident İlham Əliyev Ermənistanın faşizmə bəslədiyi rəğbəti tam sübuta yetirib:“Ermənistanın indiki hökümətini Njdenin heykəlinin götürülməsinə çağırması bu qara ləkənin təmizlənməsinə çağırış idi. Azərbaycan qonşuluğunda faşizm, terror ideyalarının çiçəklənməsinə qarşıdır və bunu regionun xalqları, bütün bəşəriyyət üçün ən böyük təhlükə kimi görür. Ermənistanda faşizmin ardınca indi də ASALA-nın meydanlarda görünməsi təsadüfi sayıla bilməz. Bununla Ermənistan dünyaya müəyyən mesajlar verir ki, acından ölən ölkəyə yardım olunmasa, orada belə cərəyanlar baş qaldıra bilər. Bu faktı biz dünyanın lazımi qurumlarına təqdim etməliyik ki, həmin ölkənin terrorçu mahiyyətindən bir daha xəbərdar olsunlar”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Azər Qasımlımın ölkədən çıxışına qadağa qoyulub

O, Bakı Hava Limanından xaricə buraxılmayıb Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ölkədən çıxışına qadağa …