Bazar , 15 Noyabr 2026
Drone Cameras

Ermənistanda həbsdə olan rusiyalı iş adamının təşəbbüsü ilə yeni hərəkat yaradılıb

İrəvanda həbs edilmiş rusiyalı iş adamı, “Taşir” şirkətlər qrupunun prezidenti Samvel Karapetyanın təşəbbüsü ilə “Öz yolumuzla” adlı hərəkat yaradılıb.

Boyukmillet.com Ermənistan mediasına istinadən xəbər verir ki, Karapetyanın müraciətini onun qardaşı oğlu Narek Karapetyan hərəkatın təqdimatı zamanı oxuyub.

“Taşir” şirkətlər qrupunun rəhbərinin sözlərinə görə, 2025-ci ilin sonuna qədər hərəkatın əsasında siyasi partiya yaradılacaq və bu partiya 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərində iştirak edəcək.

Qeyd edək ki, iyunun 18-də İrəvan məhkəməsi Karapetyanı hakimiyyəti ələ keçirməyə çağırışda ittiham edərək həbs edib.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …