Azərbaycan ordusunun Ermənistan Silahlı Qüvvələrinə cəbhədə vurduğu ardıcıl ağır zərbələr düşməni çətin vəziyyətdə qoyub. Düşmən artıq kişilərdən ibarət ordusunu Azərbaycan hərbçiləri qarşısına çıxarmaqda çətinlik çəkir.
Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan da etiraf etmişdi ki, onlar cəbhədə savaşmaq üçün qadınlardan ibarət batalyon yaradıblar. Son günlərdə Ermənistan Qarabağ müharibəsində qadınlardan ibarət könüllülərin qəbulu prosesini davam etdirir.
Erməni mətbuatınını məlumatına görə, cəbhə bölgəsindəki döyüşlərdə erməni mülki qadınlar da iştirak edirlər. Döyüş meydanında minlərlə erməni hərbçisi öldüyünə görə insan çatışmazlığı yaranıb. Buna görə də mülki qadınlar da cəbhəyə yollanırlar.
Məsələnin bu yerində görkəmli rus dühası Aleksandr Puşkinin bir sözü yada düşür: “Öz qadınını digər millətə, xalqlara satan yeganə xalq haylardır”.
Görünən mənzərə odur ki, Ermənistanda ya kişi qıtlığı o həddə çatıb ki, onlar qadınlarını döyüşə göndərməyə məcbur olublar ya da düşmən qadınını cəbhəyə göndərmək ilə guya Azərbaycan kişilərini ələ almaq istəyir. Hər iki halda düşmən ilə üz-üzə savaşan Azərbaycan əskəri cinsindən asılı olmayaraq işğalçıdan torpağını təmizləyəcək iqtidarındadır.