Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Ermənistanda partiya sədri deputat mandatından imtina edib

Ermənistanın müxalif Vətən Partiyasının sədri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyan deputat mandatından imtina edib.

Boyukmillet.com xəbər verir ki, məlumatı “Aysor” yayıb.

O, bu addımı hökumətin fəaliyyətinə etiraz olaraq atdığını bildirib.

Qeyd edək ki, A.Vanesyan 2016-2018-ci illərdə Milli Təhlükəsizlik Xidmətinin Yerevan idarəsinin rəisi müavini işləyib. O, 2018-ci il mayın 10-dan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin edilib. Baş nazir Nikol Paşinyanın komandasının əsas üzvülərindən biri olub. Lakin 2019-cu il sentyabrın 16-da istefa verib.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …