Çərşənbə axşamı , 25 Fevral 2025
Drone Cameras

Ermənistanda Paşinyanın əleyhdarları sırasına icmalar da qoşuldu

Ermənistanın Şirak əyalətinin Azatan, Beniamin, Axuryan, Ovtaşen, Marmaraşen icmalarının rəhbərləri və administrasiyaların əməkdaşları respublikanın çoxsaylı icmalarına qoşulublar və ölkənin antimilli, fərasətsiz hakimiyyətinin – baş nazirin, habelə hökumətin təcili istefasını tələb edirlər.

Bu barədə Boyukmillet.com  Ermənistan mediasına istinadən xəbər verir.

“Bütün icma liderlərini və Ağsaqqallar Şurasının üzvlərini ən qısa zamanda istefa tələbinə qoşulmağa, Ermənistanın və erməni xalqının şərəf və ləyaqətini xilas etməyə çağırırıq”, – deyə istefa tələbində bildirilir.

Qeyd edək ki, icmalarla yanaşı, 150-dən çox vəkil də baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Vəkillər bildiriblər ki, Paşinyan hakimiyyətdə olduğu müddət ərzində hakimiyyətin bölünməsi prinsiplərini pozub, hakimlərin həbslərlə bağlı qərarlarına müdaxilə edib. O, eyni zamanda hakimləri təhqir etməkdə ittiham edilir.

Check Also

Azərbaycanda həbsdə olan Ruben Vardanyan aclıq aksiyasına başlayıb

O, bunu “beynəlxalq və Azərbaycan prosessual hüququnun kobud şəkildə pozulmasına cavab” adlandırır Azərbaycanda həbsdə olan …