Çərşənbə , 26 Fevral 2025
Drone Cameras

Ermənistanda Rusiya hərbçiləri təlim keçir

Rusiya Müdafiə Nazirliyinin Ermənistandakı Cənub Hərbi Dairəsinin hərbi bazasının “Alagöz” poliqonunda döyüş atəşləri ilə batalyon taktiki təlimlərinə start verilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb.

Bildirilir ki, təlimlərdə hərbi qulluqçular tabor taktiki qrupuna daxil olan bölmələr arasında döyüş və qarşılıqlı fəaliyyətin təşkili üzrə tapşırıqları məşq edirlər.

Diplomatik nümayəndəlikdən verilən məlumata görə, təlimlərin birinci mərhələsində döyüş hazırlığının ən yüksək səviyyəyə çatdırılması, cəmləşmə zonasına yürüş, komanda məntəqələrinin yerləşdirilməsi və təchiz edilməsi, texnikanın kamuflyaj edilməsi və yerləşdirilməsi, döyüş məntəqələrinin təşkili kimi tədbirlər həyata keçirilib.

Check Also

Türkiyədə 53 nəfərin ölümü ilə nəticələnən terror aktının iştirakçılarından biri tutulub

Türkiyənin Reyhanlı şəhərində törədilən terror aktının iştirakçılarından biri tutulub. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir …