Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Ermənistanda Rusiya telekanallarının sayının azaldılmasına çağırış edilib

Ermənistan Radio və Televiziya Komissiyasının sədri Tiqran Akopyan ictimai multipleksdə yayımı həyata keçirilən Rusiya telekanallarının sayının azaldılmasının zəruriliyini bəyan edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Əgər biz vaxtilə Rusiyaya dövlət multipleksində tezliklər verməsəydik, münasibətlərimizdə belə gərginlik olmazdı. İndi Fransa tərəfi tezlik istəyir. Hesab edirəm ki, ictimai multipleksimizdə xarici telekanalların iştirakı əhəmiyyətli dərəcədə azaldılmalıdır”, – o qeyd edib.

Ermənistanda ictimai multipleks vasitəsilə xaricdən yalnız Rusiyaya məxsus telekanalların yayımı həyata keçirilir.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …