Bazar , 15 Noyabr 2026
Drone Cameras

Ermənistanda sabiq müdafiə naziri AXTARIŞA VERİLDİ – ŞOK SƏBƏB

Ermənistanın keçmiş müdafiə naziri (3 avqust – 15 noyabr 2021-ci il tarixlərində vəzifəsində çalışıb) Arşak Karapetyana qarşı cinayət işi açılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Ermənistan İstintaq Komitəsi bildirib ki, 2021-ci ilin may ayında Baş Qərargah rəisinin birinci müavini vəzifəsində çalışan Karapetyan geri çəkilmə əmri verib və bu da Ermənistanın ön cəbhə bölmələrinin mövqelərini tərk etməsinə səbəb olub. Karapetyan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur, çünki onun qoşunların geri çəkilməsini əmr etmək səlahiyyəti olmayıb.

Keçmiş müdafiə naziri hazırda ölkə xaricindədir. Ona görə də qiyabi olaraq proses başlayıb, həbs qətimkan tədbiri seçilib və o, axtarışa verilib. Cinayət işi və ittiham aktı təsdiq üçün prokurora təqdim edilib və məhkəməyə göndərilib.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …