Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Ermənistanda seçki günü Gümrü Ağsaqqallar Şurasının üzvlüyünə namizəd oğurlanıb

Ermənistanda mülki geyimli naməlum şəxslər “Bizim şəhər” seçki blokundan Gümrü Ağsaqqallar Şurasının üzvlüyünə namizəd Anait Xalatyanı qaçırıblar.

Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalistlərə “Bizim şəhər” blokundan Gümrü merliyinə namizəd, Ermənistan Milli Assambleyasının (“Şərəf duyuram” fraksiyası) deputatı Martun Qriqoryan bildirib.

Bundan əvvəl blok Xalatyanı mülki geyimli naməlum şəxslərin qaçırdığını bəyan edib. Hadisə ilə bağlı seçki bloku hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb.

“Bu hərəkətlər bizə qarşı yönəlib. Bəzi seçki məntəqələrində “8” nömrəli (blokun təyin olunduğu) zərflərin olmaması barədə də məlumat alırıq”, – Qriqoryan bildirib.

O, seçki komissiyasının üzvlərini buna daha ciddi nəzarət etməyə və seçkilərdə iştirak edən bütün siyasi qüvvələrin əks olunduğu zərflərin məntəqələrdə olmasını təmin etməyə çağırıb.

Öz növbəsində, Ermənistan Daxili İşlər Nazirliyi bildirir ki, saat 16:00-a olan məlumata görə, departamentə seçkilər zamanı iddia edilən pozuntular barədə 4 məlumat daxil olub. Agentlik daxil olan məlumatların öyrənildiyini qeyd edib.

Martın 30-da Gümrü və Parakarda Ağsaqqallar Şurasına növbədənkənar seçkilər keçirilir. Gümrüdə keçirilən seçkilərdə altı partiya və üç blok iştirak edir.

Check Also

Gürcüstanda Azərbaycan və Ermənistanı birləşdirəcək yol layihəsi üzrə tenderlər ləğv edilib

Gürcüstan Yol İdarəsi Rustavi–Tsiteli körpüsü və Alqeti–Sadaxlı avtomobil yollarının tikintisi ilə bağlı elan edilmiş beynəlxalq …