Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Ermənistandan Avstraliyaya tiryək göndərmək istəyən iranlı saxlanılıb

Ermənistandan Avstraliyaya 230 qrama yaxın tiryək göndərməyə cəhd edən İran vətəndaşı saxlanılıb.

“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.

Komitənin Qaçaqmalçılıqla Mübarizə İdarəsinin əməkdaşları Milli Təhlükəsizlik Xidmətinin əməliyyatçıları ilə birgə Qafan şəhərindəki poçt şöbəsində bağlamaya baxış zamanı tiryəkə bənzər tünd qəhvəyi rəngli kütlə aşkar ediblər.

Faktla bağlı cinayət işi açılıb, narkotik vasitələrin qaçaqmalçılığında şübhəli bilinən iranlı saxlanılıb.

Check Also

ABŞ-nin İrana qarşı əməliyyat xərcləri 42 milyard dolları ötüb

ABŞ-nin İrana qarşı hərbi əməliyyat keçirmək üçün xərcləri, demək olar, 37 sutka davam edən aktiv …