Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ermənistanın apardığı Faşist siyasətin bariz nümunəsi-BƏRDƏYƏ ATILAN RAKET ZƏRBƏSİ

Bildiyimiz kimi erməni təcavüzü, haqsız müharibə başlayandan bu günə kimi Ermənistan dövləti durmadan Azərbaycan dövləti qarşısında öz acizliyini, zəifliyini göstərərək, dinc sakinlərə qarşı terror aktları törədir.Döyüş meydanının tam əksində olan və Qarabağa heç bir dəxli olmayan şəhərlərimizi raket atəşinə tutan erməni terror qruplaşmaları bununla nə qədər aciz və qorxaq olduqlarını bir daha sübut edirlər.
Son iki gün ərzində Bərdə şəhərinə, bundan əvvəl isə Gəncə, Mingəçevir, Ordubad, Xızı və s. Rayonlarımıza Ermənistan tərəfindən atılan raketlər nəticəsində yüzlərlə insan yaralandı və Şəhid oldular.
Ölənlərin içərisində körpələrin olması isə bir daha ermənilərin nə qədər terrorçu millət olduqlarını ortaya qoydu. O körpələr ki, gələcəkdə bir ailənin başçısı, bir nəsilin davamçısı ola bilərdi. Amma Erməni vandallarının acımasızcasına həmin körpələrə qarşı törətdiyi təxribatlar nəticəsində ailələr sevgi və həsrətlə dünyaya gətirdiyi övladlarını itirdilər. Anaların, ataların canından can qopardılar. Dünya birliyi isə hələ də, bu vəhşiliyə, ədalətsizliyə, heç bir reaksiya vermir. Ermənilərin yönəltdiyi faşist terror siyasətinə heç bir reaksiya göstərmir. Haqdan, ədalətdən, demokratiyadan danışan dünya liderləri bu hadisələri görməzdən gəlirlər. Ermənilər öz faşist siyasətindən əl çəkməyənədək, uşaqlara və dinc sakinlərə qarşı təxribatlarına son verməyənədək deyiləcək bir söz var, Dünya ədalətsiz dünyadır.
Hər kəs bilirki Azərbaycan dövləti öz tarixi torpaqları uğrunda savaşır və bu savaşda Ermənistandan fərqli olaraq dinc əhaliyə toxunmur.
Azərbaycan əsgəri öz gücünü döyüş meydanında göstərir və görünən budur ki, nə qədər havadarlarından silah alsalar da erməni döyüşçülər silahlarını ataraq qaçırlar.

BİZ BİLİRİK Kİ YAXIN GÜNLƏRDƏ ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ ALTINDA MÜZƏFFƏR AZƏRBAYCAN ORDUSU QARABAĞI TAM AZAD EDƏCƏK.


Sadiq Ələkbərli
Diaspor info
Naxçıvan bürosu

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …