Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ermənistanın keçmiş müdafiə nazirinə ölkədən çıxış qadağan edilib

Ermənistan məhkəməsi keçmiş müdafiə naziri David Tonoyanın ölkədən çıxışına qadağa qoyulması barədə vəsatət qaldırıb.

Bu barədə Boyukmillet.com  Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edək ki, keçmiş nazir hazırda ev dustağıdır.

Bundan əvvəl məhkəmə Tonoyanla birlikdə silah təchizatçısı David Qalstyanın da həbsi ilə bağlı vəsatət qaldırmışdı.

Məlumata görə, David Tonoyan və David Qalstyan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən 2011-ci ildə keyfiyyətsiz silah tədarükü ilə bağlı açılan cinayət işi çərçivəsində saxlanılıb.

Bu gün mətbuatda Tonoyanın mənzilində axtarış aparıldığı, bundan sonra keçmiş nazirin həbs oluna biləcəyi barədə məlumatlar yayılmışdı. Paralel olaraq keçmiş aviasiya rəisi Avetik Muradyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın mənzillərində axtarışlar aparılıb.

Ölkə prezidenti Armen Sarkisyanın sərəncamı ilə David Tonoyan 2020-ci ilin noyabr 20-də Ermənistanın müdafiə naziri vəzifəsindən azad edilib.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …