Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Ermənistanın Naxçıvanla sərhəd rayonlarında doğum səviyyəsi və əhali sayı kəskin azalıb

Boyukmillet.com nuhçixan-a istinadən xəbər verir ki, dərin iqtisadi böhran nəticəsində işğalçı Ermənistanın Azərbaycan, eləcə də Naxçıvan Muxtar Respublikası ilə sərhəd rayonlarında doğum səviyyəsi və əhali sayı kəskin azalıb. Yaranmış vəziyyətdən qurtulmağa çalışan hökümət bir sıra sosial proqramlar icra etməyə çalışsa da nəticə dəyişmir.

Bu barədə deputat  Arman Babacanyan öz “Facebook” səhifəsində yazıb:

“Bu gün, uzun danışıqlardan sonra yerli iş adamları və diaspor sahibkarları ilə Azərbaycanla sərhəddə yerləşən bütün erməni yaşayış məntəqələrində doğum səviyyəsini, əhali sayını artırmaq məqsədilə genişmiqyaslı proqram hazırlamaq barədə razılığa gəldik”.

Bütün regional və beynəlxalq iqtisadi layihələrdən kənarda qalan Ermənistan bu məsələdə də diaspor və xaricdə yaşayan sahibkarların ianəsindən asılı qalıb. Onların maddi yardımı ilə gerçəkləşdirilməsi nəzərdə tutulan proqrama əsasən son 3 ildə sərhədyanı kəndlərdə yaşayan valideynlərin yenidoğulmuş hər bir uşağına 100 ABŞ dollarına  yaxın müavinət veriləcəkdir.

Layihəyə Tavuş, Geqarkunik və Vayots Dzor bölgələrindəki yaşayış məntəqələrinin daxil edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Vayotz Dzor bölgəsi Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ilə sərhəddir. Bu rayonda da son illər dərin iqtisadi tənəzzül və əhali azalması müşahidə olunur, kəndlər sürətlə boşalır.

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …