Cümə , 14 Mart 2025
Drone Cameras

Ermənilər 194 azərbaycanlı uşağı qətlə yetirib

Ötən gün Füzulinin Alxanlı kənd sakini 2 yaşlı Zəhra Quliyevanın qətlə yetirilməsi ilə Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən azərbaycanlı uşaqların sayı 194 nəfərə çatıb.

Boyukmillet.com-ın AzVision.az-a istinadən məlumatına görə , münaqişə müddətində dövlət tərəfindən 210 uşaq əsir və girovluqdan azad edilib. Buna baxmayaraq 61 uşaq hələ də itkindir, 27-i isə hələ də əsirlikdədir. 

1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edir. Ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindənFüzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Düşmən təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və nəvəsi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub.

Check Also

Ötən il korrupsiya ilə bağlı 43 nəfər cinayət başında tutulub

Ötən il Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya cinayəti törədən 43 nəfər cinayət başında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir