Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Metyu Brayza: “Həmsədrlərin bəyanatı yalnışdır”

“Təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatı vəziyyətə aydınlıq gətirmir. Bu, dünyanın istənilən nöqtəsində, istənilən yerində beynəlxalq vasitəçiliyin həyata keçirildiyi münaqişə zonasında zorakılığı pisləyən tipik, qeyri-formal bəyanatdır”

Boyukmillet.com xəbər verir ki, bunu AzVision.az-a eksklüziv açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza deyib.

Ötən gün Füzuli rayonunun Alxanlı kəndində baş verən erməni təxribatı ilə bağlı həmsədrlərin bəyanatına münasibət bildirən sabiq səfir hesab edir ki, münaqişələrin hərbi-siyasi yolla həllinin olmaması barədə bəyanatlar vermək yanlışdır. 

“Müəyyən hərbi faktorlar belə münaqişənin nizamlanması üçün razılaşdırılmalı olan siyasi faktorların formalaşdırılmasında əsas rol oynayır. Diplomatiyada hərbi güc və siyasi dialoq qırılmaz şəkildə bir-birinə bağlıdır”. 

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri yaydıqları bəyanatda Azərbaycan və Ermənistanı hərbi əməliyyatları dayandırmağa çağırıb.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir