Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

Elmar Məmmədyarov Füzulidəki hadisə ilə bağlı həmsədrlərlə danışdı

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təxirə salınması gündəmdə olmasa da, bu məsələ kompleks şəkildə araşdırılmalı və qərar verilməlidir”.

Boyukmillet.com-ın məlumatına görə İnterpress.az-a istinadən, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycanın danışıqlarda iştirakı imitasiya xarakteri daşımır. “Mövqeyimiz qəti xarakter daşıyır. Biz bu substantiv xarakterli danışıqlarda iştirak edirik”, – deyə H. Hacıyev vurğulayıb.

H. Hacıyev onu da əlavə edib ki, Azərbaycan XİN rəhbəri məsələ ilə bağlı ATƏT-in Minsk qrupunun fransalı və rusiyalı həmsədrləri ilə danışıb, amerikalı həmsədrlə isə texniki məsələ səbəbindən danışa bilməyib.

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir