Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Ermənistanın başına yeni prezident gətirdilər – SON DƏQİQƏ

Ermənistan parlamentində bu gün prezident seçkiləri ilə bağlı səsvermə keçirilib.

Yeganə namizəd – Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan hakim Ermənistan Respublikası Partiyası tərəfindən, indiki dövlət başçısı Serj Sarkisyanın təklifi ilə irəli sürülüb. 

Səsvermədə 101 deputat iştirak edib. A.Sarkisyanın namizədliyini 90 deputat dəstəkləyib, 10-u əleyhinə səs verib. Beləliklə də, Armen Sarkisyan Ermənistanın dördüncü prezidenti seçilib.

Qeyd edək ki, 2015-ci ildə qəbul edilmiş yeni Konstitusiyaya əsasən, Ermənistan 2018-ci ilin aprelindən etibarən parlament idarə üsuluna keçir. Bundan sonra prezident məhdud səlahiyyətlərə malik olacaq, belə ki, ölkəyə rəhbərliyi baş nazir həyata keçirəcək.

Serj Sarkisyanın prezident səlahiyyəti aprelin 9-da başa çatacaq. (“Qafqazinfo”)

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir