Bazar , 7 Dekabr 2025
Drone Cameras

Ermənistan ordusunda homoseksuallıq: Daha bir fakt

Ermənistan müdafiə nazirliyinin hərbi hissələrinin birində baş verən ölüm hadisəsinin materialları məhkəməyə göndərilib. Boyukmillet.com erməni mətbuatına istinadən xəbər verir ki, ittihama görə ön xətt mövqelərində xidmət edən müddətli hərbi qulluqçu Mher Melikyan davamlı olaraq digər erməni əsgər Qevorq Asoyanın şərəf və ləyaqətini alçaldıb.

Belə ki, atəş mövqeyində yatan Qevorq Asoyana qarşı təhqiramiz hərəkətlər edən Melikyan sonuncu dəfə ondan bacısının mobil telefon nömrəsini verməyi tələb edib. Ancaq zərərçəkən əsgər Qevorq Asoyan başqa nömrə verib. Buna görə də Melikyan ona qarşı alçaldıcı hərəkətlərini davam etdirib, cinsi istismara məruz qoyub. 

Bundan sonra əsgər Asoyan ona təhkim edilmiş pulemyot silahı ilə ağız nahiyəsindən atəş açmaqla intihar edib. Araşdırma zamanı məlum olub ki, hadisədən bir gün əvvəl başqa bir əsgərdə onu döyüb. Ölüm hadisəsi 1 aprel 2016-cı il saat 09:00 radələrində döyüş mövqeyində baş verib.

Check Also

2026-cı ilin bayram günləri – Baş nazir QƏRAR VERDİ

Azərbaycanda 2026-cı ilin bayram günləri müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir