Cümə axşamı , 26 Dekabr 2024
Drone Cameras

Ermənistan ordusunda əsgərlər zorla dini ibadətə cəlb olunurlar

Ermənistan ordusunda əsgərlərin ibadətə cəlb olunması narazılığa səbəb olub.

APA-nın məlumatına görə, bu gün Ermənistan parlamentində keçirilən dinləmələrdə müdafiə naziri Vigen Sarkisyan bu məsələyə toxunub.

Nazir Ermənistan Helsinki Komitəsinin sədri Avetik İşxanyanın orduda əsgərlərin ibadətə və dua etməyə məcbur edilməsi, onların arasında ateist və digər dinə inananların olmasının nəzərə alınmaması barədə bəyanatına münasibət bildirərkən deyib ki, o, orduda hərbçilərin dua etməyə və xaç çəkməyə məcbur edilmələrinə dair halla qarşılamayıb.

Müdafiə naziri bildirib ki, belə hallar aşkara çıxarılsa, qanunu pozanları şəxsən cəzalandıracaq: “Eyni zamanda bizim dini institutumuzun nümayəndələri ordu psixologiyasında böyük rol oynayırlar və onlar hər zaman əsgərlərin yanındadır. Biz bu institutun möhkəmlənməsini davam etdirməliyik”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir