Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Ermənistan ordusunun daha iki əsgəri xidmətdən qaçıb

İşğal olunmuş Ağdərə yaşayış məntəqəsində yerləşən hərbi hissədə xidmət edən Ermənistan ordusunun hərbi qulluqçuları Henrik Qazaryan və Atabek Mkrtçyan məruz qaldıqları təhqirlərə dözməyərək xidmət yerlərindən qaçıblar.

Boyukmillet.com azertac-a istinadən xəbər verir ki, məlumatın ictimaiyyətdən gizlədilməsi məqsədilə hərbi hissə komandiri dərhal bu əsgərlərin və onların valideynlərinin saxlanılaraq hərbi hissəyə gətirilməsinə göstəriş verib. Özbaşınalıq səbəbindən xidmət yerini tərk edən və tutularaq zorla xidmət yerinə gətirilən hərbi qulluqçuların valideynləri də hərbi hissəyə dəvət ediliblər.

Komandanlıq hərbi hissədə baş verənlər haqqında valideynlərin şikayət etməyəcəyi təqdirdə əsgərlərə cinayət işinin açılmayacağına razılıq verib.

 

Boyukmillet.com

Check Also

2026-cı ilin bayram günləri – Baş nazir QƏRAR VERDİ

Azərbaycanda 2026-cı ilin bayram günləri müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir