Bazar ertəsi , 3 Mart 2025
Drone Cameras

“Əsgəri dərnəklər Türkiyə Prezidentinin apardığı bu siyasəti dəstəkləyir”

“Türkiyədə son dövrlər baş verən hadisələr, xüsusən Türkiyədə terrorun başa çatması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın atdığı addımlar çox önəmlidir”.

Bu fikrirləri Herbiand.az-a hərbi ekspert Ermin Həsənli bildirib.

Emin Həsənli hesab edir ki, terrora son qoyulması yolunda həm Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın, həm  Millətçi Hərəkat partiyasının başqanı Dövlət Bağçalının açıqlamaları yeni dövrün başlanğıcı deməkdir.

“Son illər Rəcəb Tayyib Ərdoğanın rəhbəri ilə Türkiyə bir çox problemləri həll edib. Artıq regional və dünya səviyyəli bir dövlətə çevrilib. Bu gün istər Qətərdə, istər Suriyada, istər dünyanın digər qaynar nöqtələrində problemlərin həll edilməsində aktiv rol alıb. Məhz Türkiyə liderinin səyi ilə Rusiya Ukrayna arasında taxıl razılaşması əldə olundu. Türkiyə Qarabağ məsələsində birmənalı Azərbaycana dəstək verib”.
Həebi ekspert hesab edir ki, Ukrayna ətrafında gedən proseslər bir daha göstədi ki, Türkiyə dövləti çox ədalətli, çox doğru, dürüst bir yol tutub, daha da güclənərək qarşısında duran problemləri həll edəcək.

“Türkiyə prezidenti şəhid ailələri və qazilərin iftar süfrəsində gedən son prosseslərlər bağlı fikirlərini bildirdi. O bəyan etdi ki, şəhid ailələrinin, qazilərin mövqey hər zaman yüksək tutulur və gedən proseslərin sonunda Türkiyədə terror birdəfəlik son veriləcək.

XX əsrin əvvəllərində Türkiyənin yaşadığı ağır prosesləri, sonra isə Türkiyədə sağçı, solçu, ələvi süni, PKK terroru, kürd, türk problemləri yaradılmışdı. Türkiyə Prezidenti bu problemlərin bir çoxunu həll edib. Hesab edirəm ki, qalan problemləri də həll edəcək.

Bizim Türkiyənin əsgər dərnəklərinə çox sıx əlaqəmiz var. Həm şəhid yaxınlarını birləşdirən, həm qaziləri birləşdirən dərnəklərlə gedən prossesləri davamlı olaraq müzakirə edirik. Onalr da  Türkiyə Prezidentinin apardığı bu siyasəti dəstəkləyirlər və böyük ümidləri var ki, əgər bir qisim şəhid oldusa, 40 mindən artıq hərbçi yaralandısa və terror problemi Türkiyəyə iqtisadi zərbələr vurdusa buna son qoyulmalıdır. Bu problemə  birdəfəlik son qoyulması üçün onlar da öz əllərindən gələnləri etməyə hazırdırlar. Təki bundan sonra şəhidləri olmasın, təki bundan sonra qazilər olmasın, Türkiyə daha da böyüsün, möhkəmlənsin”.

Check Also

Müdafiə Nazirliyinin hərbi qulluqçusunun ölüm faktı ilə bağlı araşdırma aparılır

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Quliyev Şirxan Söhrab oğlunun ölüm faktı …