Eşitmə və Nitq məhdudiyyətli gənclər ənənə halına gələn əsgərə məktub layihəsini davam etdirir.
Boyukmillet.com xəbər verir ki, bu barədə Sosialmedia.az-a Eşitmə Və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi sədri Cəmilə Çingiz qızı məlumat verib.
Onun sözlərinə görə, bu layihənin məqsədi, əsgərə dəstək və ruh yüksəkliyi verərək , Eşitmə məhdudiyyəti olan gənclərin Ali Baş Komandanımız cənab İlham Əliyevə olan sonsuz inamı çatdırmaq, Vətənə sevgi, Xalqa güvəni, Əsgərə ruh, Orduya dəstək vermək üçün dilə gətirib deyə bilmədikləri sözləri öz qələmlərinin səsi ilə əsgərə çatdırmaqdır.
Bu gün hər bir Azərbaycanlının ürəyi QARABAĞDA döyünür. Ürəyində Azərbaycan sevgisi olan hər bir kəsin duaları olan igidlər , bu gün qanı canı bahasına torpaqlarımızı vandal düşməndən azad etdi.
Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin imzaladığı tarixi sülh müqaviləsi, müharibənin qarşısını aldı. Azərbaycan xalqının gücünü, qüdrətini bütün dünyaya bəyan etdi. Azərbaycan xalqının birliyini bütün dünya xalqları gördü. “Biz birlikdə güclüyük!” şüarı öz təsdiqini tapdı.
Eşitmə məhdudiyyəti olan gənclərin də ürəyi sözlə doludur. Bu gün bizim uşaqlar da əsgərlərə, hərbiçilərə dəstək və ruh yüksəkliyi vermək üçün ürəklərində olan sözləri ağ vərəqə köçürmək istədilər. Uşaqlar böyük ruh yüksəkliyi ilə öz “sakit dünyalarının səsini” məktubla tanımadığı lakin, ürəyi, canı, qanı Azərbaycan, Vətən sevgisi ilə vuran Əsgərlərimizə, ASAN xidmət mərkəzindən “Əsgərə Məktub” layihəsi vasitəsi ilə çatdırdı. ”