Bazar , 19 Yanvar 2025
Drone Cameras

Estoniya XİN başçısı: “Rusiyanın nüvə terroruna təslim olmamalıyıq”

“Nüvə terroruna təslim olmamalıyıq”.

Boyukmillet.com xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Urmas Reynsalu deyib.

O bildirib ki, Rusiya Qərbə təsir göstərmək üçün nüvə təhdidlərindən fəal istifadə edir: “Kremldə oturanlar düşünürlər ki, bu, Qərbə təsir etmək üçün yeganə mexanizmdir. Rusiya psixoloji təsir vasitələrindən istifadə edir”.

Nazirin fikrincə, indiki nüvə müharibəsi təhdidi Soyuq müharibə dövründəkindən daha təhlükəlidir.

U.Reynsalu, həmçinin söyləyib ki, Ukraynanın Avropa İttifaqına üzvlüyü aylar yox, illər tələb edir: “Müharibə başa çatdıqdan sonra isə Uktraynanın NATO-ya üzvlük məsələsinin alternativi yoxdur”.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin “Rossiya-24” telekanalına müsahibəsində Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirəcəyini açıqlayıb.

Check Also

Ərdoğandan növbəti xəbərdarlıq: Suriyada antiterror əməliyyatlarına başlaya bilərik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı terrorçulara növbəti dəfə xəbərdarlıq edib. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər …