Cümə , 27 Fevral 2026
Drone Cameras

“Eyni şey Türkiyədə olsaydı…” – Kataloniya prezidenti Avropa Birliyini sərt tənqid etdi

Kataloniya Muxtar Hökumətinin prezidenti Karles Puçdemon İspaniya hökumətini və Avropa Birliyini Türkiyəni nümunə göstərərək tənqid edib.

Boyukmillet.com Avropa.info-ya istinadən xəbər verir ki, Almaniyanın “Bild” qəzetinə müsahibə verən Puçdemon həbsi ehtimalının olduğunu, ancaq bundan qorxmadığını bildirib. O, İspaniya hökumətinin etdiklərinə artıq təəccüblənmədiyini və ard-arda səhvlər buraxaraq həqiqəti görmək istəmədiyini bildirib.

“Məni xəyal qırıqlığına uğradan səbəb Avropa Birliyinin polisin zorakılığını nə üçün sərt şəkildə tənqid etməməsidir? Ancaq AB-dən bir reaksiya gəlmir. Eyni şey Türkiyə, Polşa və Macarıstanda olsa buna qəzəb çox böyük olar” – Puçdemon belə deyib.

Xatırladaq ki, İspaniya DİN-i müstəqillik referendumunun qarşısını almaq üçün Barselonaya 10 minə yaxın polis və jandarm göndərmişdi. Polisin seçki məntəqələrinə etdiyi hücumda 800-dən çox adam yaralanmışdı.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir