Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Fədayə Laçın azadlığa buraxıldı

Xəbər verdiyimiz kimi, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə həbs cəzası 2 ilə edirilən müğənni Fədayə Laçın bu gün Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

Boyukmillet.com xəbər verir ki, müğənninin saat 10-da buraxılacağı deyilsə də, məlum olub ki, Fədayə Laçın deyilən vaxtdan əvvəl buraxılıb.

Bu barədə cəzaçəkmə müəssisəsinin rəisi Elnur İsmayılov məlumat verib.

Müğənninin bacısı İlahə Fəda da bacısının azadlığa buraxıldığını bildirib.

Jurnalistlərə telefonda açıqlama verən müğənni bildirib ki, müəssisədən saat 09:00-da çıxıb. Vaxtından əvvəl çıxdığı üçün onu qarşılamağa heç kim gəlməyib: “Saat doqquzda taksiyə minib getdim. Zəng elədilər ki, çıx. Çıxanda qapıda heç kim yox idi. Bacımgildə gəlib çıxa bilmədi. İndi Buzovnada, anamgildəyəm”.

Qeyd edək ki, müğənni 2017-ci ildə “Qoca” ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı qatardan qaçmaqda köməklik göstərməkdə ittiham olunub. O, 2017-ci ilin oktyabrın 30-da həbs edilib. Fədayə Laçın Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi isə onun cəzasını 2 ilə endirib.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …