Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Fərid Qayıbov Gəncə şəhər stadionunun durumu ilə maraqlanıb

Gənclər və idman naziri Fərid Qayıbov Gəncə şəhər stadionunun durumu ilə maraqlanıb.

Boyukmillet.com xəbər verir ki, “Kəpəz” klubunun İdarə Heyətinin sədri İlqar Nadiri, üzvü, millət vəkili Müşfiq Cəfərovlə görüş zamanı arena barədə nazirə informasiya verilib.

Bundan başqa, görüşdə klubun vəziyyəti, əsas komandanın çıxışı müzakirə mövzusu olub. F Qayıbovun ötən ilin sentyabrında Nizami yurduna səfəri zamanı Gəncə şəhər stadionunda olduğunu xatırladan Nadiri həyata keçirilən infrastuktur layihələr çərçivəsində aparılan son işlərlə bağlı məlumat verib. Futbol akademiyasının inşasının yaxın müddətdə yekunlaşacağı, arenanın ərazisində salınan köməkçi meydanların yazdan sonra komandaların ixtiyarına veriləcəyi bildirilib.

Görüşün sonunda komandanın forması nazirə hədiyyə edilib. Hədiyyəyə görə təşəkkür edən nazir “Kəpəz”in formasının iş otağını bəzəyəcəyini deyib.

Check Also

Samir Abasov: “Barselona” mənim üçün həddindən artıq maraqlıdır

Bu klub mənim üçün həddindən artıq maraqlıdır. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında İspaniyanın “Barselona” …