Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Fərid Qayıbov tanınmış idmançını qəbul edib – FOTO

Gənclər və idman naziri Fərid Qayıbov dünyanın tanınmış kikboksçularından biri, ONE FC çempionu Çingiz Allazovu qəbul edib.

Nazilrikdən “Report”a verilən məlumata görə, idmançını salamlayan F.Qayıbov ona uğurlu çıxışı münasibətilə təbrikini çatdırıb.

Bakıya səfəri barədə məlumat verən idmançı səmimi qəbula görə təşəkkürünü bildirib.

Qeyd edək ki, hazırda ONE FC reytinqində birinci olan Çingiz Allazov müxtəlif illərdə dəfələrlə K-1, NDC və A-1 üzrə dünya çempionu titullarını qazanıb.

Check Also

Fərid Cəlalov: Çempion olmaq üçün əlimizdən gələni etməyə çalışdıq

Çempion olmaq üçün əlimizdən gələni etməyə çalışdıq. Boyukmillet.com xəbər verir ki, bunu kişi voleybolçulardan ibarət …